Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 17:45
Baş Prokurorluq: Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub
Oktyabrın 4, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub.
Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138 nəfər yaralanıb.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır.