Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 08:34
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub.
Trend TASS-a istinadən xəbər verir ki, məşhur idmançı bu barədə "İnstaqram" səhifəsində yazıb.
"Testi keçdim və o müsbət nəticə göstərdi. Yaxşıyam, xəstəlik simptomları yoxdur", - 40 yaşlı Ronaldinyo bildirib.
Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.
Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.