Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir

Tarix: 27 Oktyabr 2020 12:44

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 7.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilib. Bununla da sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ