Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Partizani''nin ''Qarabağ''ı keçməsi çox çətin görünür''

''Partizani''nin ''Qarabağ''ı keçməsi çox çətin görünür''

Tarix: 4 Iyul 2019 17:52

Albaniyalı futbol mütəxəssisi Şpetim Duro yerli klubların avrokuboklardakı şansını dəyərləndirib.

Qol.az-ın "panoramasport" nəşrinə istinadən yaydığı xəbərə görə, 59 yaşlı məşqçi sabiq komandası "Partizani" haqda da danışıb. O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Tirana təmsilçisinin işinin çətin olduğunu söyləyib:

"Məncə, "Teuta" və "Kukesi" ilə müqayisədə, "Partizani"nin işi asan olmayacaq. Onların "Qarabağ"ı keçməsi çox çətin görünür. Tiranadakı ilk oyundan maksimum yararlanmalıdırlar. Çünki bu cür turnirlərdə ev qarşılaşmaları çox vacib amildir".

Təcrübəli mütəxəssis "Partizani"nin hazırlıq səviyyəsindən də söz açıb: "Skender Qeqinin gedişindən sonrakı dəyişikliyi müsbət dəyərləndirmirəm. Ancaq klub rəhbərliyi öz seçimini edib və komandanı italiyalı mütəxəssisə tapşırıb. Yeni baş məşqçinin hazırlıq müddətində komandanı tanımaq üçün kifayət qədər vaxtı oldu. Hətta fürsət tapıb, 2-3 futbolçu da transfer etdilər".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranda keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.

 


Etiketlər:  Partizaninin Qarabağı keçməsi çox çətin görünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ