Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Tarix: 28 Oktyabr 2020 10:24

Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, noyabrın 26-29-da keçiriləcək yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatında böyüklər arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.


Etiketlər:  Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ