Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 11:18
İngiltərənin "Liverpul" klubu ilkə imza atıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Yurgen Kloppun yetirmələri Çempionlar Liqasının ilk iki oyununda qol buraxmayıb.
İlk turda "Ayaks"ı 1:0, dünən keçirilən II tur görüşündə "Midtülland"ı 2:0 hesabı ilə məğlub edən "mersisaydlılar" indiyədək heç vaxt ilk iki matçı qol buraxmadan başa vurmamışdı.
Eyni zamanda "Liverpul" tarixində ikinci dəfə qrup mərhələsinə ardıcıl iki qələbə ilə başlayıb. İlk belə nəticə 2008/09 mövsümündə qeydə alınıb.