Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 6 muzdlu şəxs barəsində axtarış elan edilib

Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 6 muzdlu şəxs barəsində axtarış elan edilib

Tarix: 30 Oktyabr 2020 15:30

Bakı. Samir Əli - Trend:

Ermənistan tərəfdən Dağlıq Qarabağa gətirilərək Azərbaycana qarşı döyüşən 6 muzdlu şəxs barəsində axtarış elan edilib.

Trend-ə in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev bildirib. Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan Çaxaryan soyadlı şəxs Ermənistan tərəfindən muzdlu kimi döyüşlərə cəlb edilib və o, cinayətkar dəstə yaradaraq Azərbaycana qarşı döyüşür:

"Bununla yanaşı, Fransa vətəndaşı Minatanyan, Hovsepyan, ABŞ vətəndaşı Badasyan və Fransa vətəndaşı Artur Avanesyan barəsində axtarış elan edilib. Həmin şəxslər özləri ilə bərabər digər şəxsləri də döyüşlərə cəlb ediblər. Onların olduqları ölkələrə tərəfimizdən bildiriş verilib və həmin şəxslərin istintaqa cəlb edilməsi barədə qərar qəbul olunduğu bildrilib".

K.Əliyev deyib edib ki, hazırda istintaqda Livan, Gürcüstan, Yunanıstan və digər ölkə vətəndaşlarıının da döyüşlərə cəlb edilməsi barədə də məlumatlar var: "Onların barəsində araşdırmalar aparılır. Həmin şəxslər barədə araşdırmalar başa çatandan sonra onlar barədə də beynəlxalq axtarış elan ediləcək


Etiketlər:  Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 6 muzdlu şəxs barəsində axtarış elan edilib


RƏYLƏR