Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 10:18
Sağ radikal "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində bildirib.
"Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşan Mark de Kakkere ona "İstiqamət: cəbhə" şərhini verib. Bundan başqa, o, yerli hakimiyyət orqanları ilə (ermənilərlə-red.) birlikdə "xarici könüllülər briqadası" yaratmağa hazır olduğunu bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına "Zouaves Paris" adıını verib. Mark de Kakkere, həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.