Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpələrin yuxu rejimi necə olmalıdır?

Körpələrin yuxu rejimi necə olmalıdır?

Tarix: 31 Oktyabr 2020 20:51

Körpələrin inkişafında ən mühüm məqamlardan biri də yuxu rejimidir. Yuxu rejiminin normal olmaması, pozulması körpəni inkişafdan saxlayır, ciddi problemlərə səbəb olur.

Körpələrin yuxu rejimi ilə bağlı daha bir rəyi - "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) 9-12 aylıq körpələrin yuxu rejimibarədə hazırladığı məqaləni təqdim edirik:

9-12-ci aylar ərzində körpə iməkləməyə və ya gəzməyə başlayır. Artan hərəkətliliyə əlavə olaraq qatı qidalar körpənin toxluq vaxtını uzadır. Beləliklə, körpəniz yeni bir inkişaf mərhələsinə yaşayır. Gündüz körpənin yuxuya getməsi daha çətin ola bilər, amma gecə daha çox yatır.

9-12 aylıq dövrdə körpələr gündə cəmi 11-14 saat olmaqla iki dəfə yatırlar. Körpənizin hələ də yuxu rejimi yoxdursa, tez-tez yuxudan oyanırsa və gecə çox az yatırsa, bu yaş dövrü vəziyyəti düzəltmək üçün münasib vaxt ola bilər. Körpəniz gecə 9-10 saat yatırsa, bu çox gözəl göstəricidir.

Körpə hələ də gecə qidalanmaq üçün oyanırsa, bunun səbəbi aclıq deyil, vərdişdir. Bunun qarşısını almaq üçün körpəniz təkbaşına yatmağa vərdiş etməlidir. Bunun üçün yuxudan oyanan körpənin sakitləşməsi üçün bir az gözləyin. Aclıq yaxud sağlamlıq səbəbinə görə yuxudan oyanmadığına əminsinizsə, körpənin yanına getməyin.

Qısa müddətdə ağladıqdan sonra körpənin öz-özünə yuxuya getmək ehtimalı var. Körpə ağlamırsa, yanına gedib onunla sakit danışın və ya yumşaq toxunuşla onu sığallayın. Körpəniz sizi gördüyü zaman sakitləşmirsə, onu qucağınıza alın, sakitləşdirib çarpayısına qoyun və çalışın özü yuxuya getsin.

9-12 aylıq dövrdə körpələr iməkləməyi, cisimləri tutmağı və gəzməyi öyrənməyə çalışırlar. Ayağa qalxmaq və addım atmaq səyləri onları həyəcanlandırır. Qabiliyyətlərini inkişaf etdirməyə çalışdıqları üçün gecə yatmaq istəməyə bilərlər. Belə olduqda axşam sakitləşdirici bir rejim tətbiq etmək məsləhətdir.


Etiketlər:  Körpələrin yuxu rejimi necə olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ