Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 13:09
Bakı. Samir Əli - Trend:1993-cü ildən bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul olunub.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları "Azərbaycan diplomatiyası" adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.H.Hacıyev qeyd edib ki, xarici siyasətlə bağlı Azərbaycan Prezidenti 443 fərman imzalayıb:
"Beynəlxalq təşkilatlarla imzalanmış sənədlərin sayı 102-dir. Bunların 27-si son 5 ildə imzalanıb. 19 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri haqqında müxtəlif sənədlər imzalanıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin