Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 11:22
Azərbaycanın Braziliyadakı Səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən "Əsgərə məktub" layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.
Səfirlikdən Sonxeber.net-a bildirilib ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb. Qeyd olunub ki, o şirniyyat almaq üçün ona verilən pullara qənaət edib. O istərdi ki, əsgərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Məktuba 30 (6 ABŞ dolları) real pul vəsaiti əlavə olunub. Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib. Sonda "Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk" sözləri yazılıb.
Qeyd edək ki, Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşlarımız və soydaşlarımız yaşamır və bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.