Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor''da yeni baş məşqçi

''Trabzonspor''da yeni baş məşqçi

Tarix: 2 Noyabr 2020 01:32

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Eddi Nyutonla yollarını ayıran Super Liqa klubu Tamer Tuna ilə anlaşıb. Klubun tezliklə bu barədə rəsmi açıqlama yayacağı deyilir.

Qeyd edək ki, Super Liqanın 7 turunda 1 qələbə qazanıb, 2 heç-heçə edən və 4 dəfə məğlub olan "Trabzonspor" 5 xalla 19-cu pillədə qərarlaşıb.

44 yaşlı Tamer Tuna məşqçi karyerası ərzində "Çanakkale Dardanelspor", "Göztepe", "Sivasspor" və "Antalyaspor" klublarını çalışdırıb. O, 1999-2001-ci illərdə futbolçu kimi "Trabzonspor"un formasını geyinib.


Etiketlər:  Trabzonsporda yeni baş məşqçi


RƏYLƏR