Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 11:20
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus infeksiyası ilə əlaqədar özünü təcrid edib.
Trend-in məlumatına görə, bunu ÜST rəhbəri öz “Twitter” səhifəsində yazıb.
O, COVID-19-a yoluxmuş şəxslə ünsiyyətdə olduğunu öyrəndiyini deyib. Nəticədə T.Gebreyesus özünütəcrid rejiminə keçib.
O, özünü yaxşı hiss etdiyini, hər hansı bir simptomun olmadığını deyib.