Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus soyuq havanı "sevir" - Təhlükə hələ irəlidədir

Koronavirus soyuq havanı

Tarix: 2 Noyabr 2020 23:12

Ekspertlər getdikcə düşən hava temperaturunun koronavirusa təsirini qiymətləndirib.

Milli.Az xəbər verir ki, koronavirusun soyuq, şaxtalı havaa donduğunu, amma canlılığını qoruyub saxladığını, insan orqaniminə düşən kimi aktivləşdiyini müəyyən ediblər.

Ona görə qış aylarında COVİD 19 yoluxmasının artması, zəifləyən insan immunitetinin buna zəmin yaradacağı gözləniləndir.

Ev və iş yerləri az havalandırılacaq, insanlar qapalı yerlərə çəkilir, günəş işığı görmür, zəif qidalanacaq, küçədə isə digər respirator infeksiyalara da yoluxacaq.

"Hava nə qədər soyuq olarsa, koronavirusun ətraf mühitdə saxlanması daha da artacaq. Donmuş virus aktiv deyil, ona görə küçədə, qarda, şaxtada səthlərdən və insanlardan virusun ötürülməsi azalacaq. Lakin xəstə insan digər insanlarla isti otağa düşən kimi virus aktivləşəcək. Bu 90% viruslara xas xüsusiyyətdir" - deyə alimlər bildirir. /medicina.az

Milli.Az


Etiketlər:  Koronavirus soyuq havanı sevir Təhlükə hələ irəlidədir


RƏYLƏR