Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Diqlas''ın söküntüsü gələn həftə yekunlaşa bilər (ÖZƏL) (FOTO/VİDEO)

''Diqlas''ın söküntüsü gələn həftə yekunlaşa bilər (ÖZƏL) (FOTO/VİDEO)

Tarix: 5 Iyul 2019 16:44

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Nizami rayonunda yanğının baş verdiyi "Diqlas" ticarət mərkəzinin söküntüsü gələn həftə yekunlaşa bilər.

Bu barədə Trend-ə Nizami Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, işlərin 50 faizindən çoxu artıq başa çatıb:

"Hazırda 4 mərtəbəli tikilidən sökülməli olan yalnız zirzəmi, birinci mərtəbə qalıb. Demək olar ki, ikinci mərtəbənin sökülməsi də yekunlaşmaq üzrədir, qalan yalnız sütunlardır. Belə güman edirik ki, növbəti həftəyə söküntü işləri yekunlaşacaq".

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərkəzindən çıxan tullantı materialları iki ünvana göndərilir: "Söküntü zamanı çıxan əsasən çınqıl, qum, daş və dəmir materiallardır. Tullantılar isə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna və müqavilə ilə razılığa gəlinən digər əraziyə aparılır".

Qeyd edək ki, "Diqlas" ticarət mərkəzində martın 26-da yanğın baş verib. Hadisə zamanı ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Aprelin 4-də mərkəzin sökülməsi ilə bağlı qərar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Diqlasın söküntüsü gələn həftə yekunlaşa bilər ÖZƏL FOTOVİDEO


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ