Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Qarabağ''la oyunu istədiyimiz şəkildə bitirməliyik''

''''Qarabağ''la oyunu istədiyimiz şəkildə bitirməliyik''

Tarix: 3 Noyabr 2020 14:02

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Türkiyə Superliqasının 7-ci turunda "Hatayaspor"la heç-heçə etdikləri oyundan (1:1) sonra fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb: "Hatayspor"la oyuna yaxşı başladıq. İstədiyimiz qolu da vurduq, amma qısa müddətdə də qol buraxdıq. Bu, bizi məyus etdi.

Zədəli, hazır olmayan oyunçularımız var. Buna görə çətin vəziyyətdəyik. Qarşıda bizi "Qarabağ" və ardından "Qalatasaray"la matç gözləyir. Yeganə düşüncəmiz hər iki qarşılaşmanı istədiyimiz şəkildə bitirməkdir. 15 günlük fasilə zamanı isə zədəlilərimizin də sağalması ilə həm Super Liqada, həm də Avropa Liqasında daha uğurlu nəticələr göstərəcəyik".

Qeyd edək ki, noyabrın 5-də Sivasda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağla oyunu istədiyimiz şəkildə bitirməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ