Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə ediblər

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə ediblər

Tarix: 3 Noyabr 2020 17:00

Bakı. Trend:

3 noyabr 2020-ci il, Bakı – Bu gün səhər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşü keçirilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-əbildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə etmişlər.

Səfir Cahangir Əsgərova bildirdi ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaqdır.

Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd etdi.

Danışıqlar zamanı Cahangir Əsgərov qeyd etdi ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.

2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif etdi.

Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranmışdır. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaqdır.


Etiketlər:  Pakistanın Azərbaycandakı səfiri AZAL prezidenti yeni reyslərin açılmasını müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ