Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 17:44
Bakı. Trend:
Hindistanın Maharaştra ştatında Tivare su bəndinin dağılmasına yengəclərin hücumu səbəb olub.
Trend-in məlumatına görə, son dövrlərdə bəndin ətrafına çoxlu sayda yengəc yığışması barədə yerli sakinlər məlumat verib.
Ehtimal olunur ki, yengəclə bəndin istinadlarını zəiflədiblər və su sızıntısı baş verib. Qeyd olunur ki, buna qədər bənddə heç bir su sızıntısı baş verməyibmiş.
Xatırladaq ki, Tivare su bəndinin dağılması nəticəsində 18 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin