Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq - Deputat

Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq - Deputat

Tarix: 4 Noyabr 2020 19:54

Şuşada əhalinin 98%-i azərbaycanlılardan ibarət idi. Bu gün orada bir nəfər də azərbaycanlı yoxdur. Xankəndidə və Hadrutda çoxlu sayda azərbaycanlı yaşayırdı. Xocalının isə 100%-i azərbaycanlılardan ibarət idi. Ermənilər Xocalıda soyqırımı törətdilər. Dağlıq Qarabağın əhalisi etnik təmizləməyə və işgəncəyə məruz qaldı, öz doğma yurdlarından didərgin salındılar və qətlə yetirildilər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 200 il bundan əvvəl Dağlıq Qarabağda və ətraf ərazilərdə ümumiyyətlə ermənilər yaşamırdılar: "Onlar regionun dini və etnik tərkibini dəyişdirmək üçün Şərqi Anadoludan və İrandan gətirilirdilər. Azərbaycan xalqı isə daim bu bölgədə yaşayırdı. Bu gün Bakıda minlərlə erməni sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan Dağlıq Qarabağda birgə yaşayış modelini təklif edir. Azərbaycanın Ermənistandan fərqi onun tolerant və multikultural ölkə olmasıdır. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır. Azərbaycanda yaşayan xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında hər zaman sülh və qarşılıqlı anlaşma olmuşdur.

İşğaldan azad edilən torpaqlarda yaşayan ermənilər artıq yaxşı həyat sürəcəklər. Azərbaycan bunun üçün hər cür şərait yaradacaq. Ermənistanın guya erməni əhalisinin Azərbaycan tərəfindən soyqırımına məruz qalacağı barədə iddiaları əsassız və yalandır. Elə olsa idi, bu gün Azərbaycanda minlərlə erməni sülh və əmin-amanlıq şəraitində yaşamazdı.

Ermənistan hər zaman öz yalanlarını bu kimi iddialarla əsaslandırmağa çalışır. Ermənistanın artıq həqiqi imici ifşa olunub, dünya birliyi tərəfindən cinayətkar, uşaq qatili kimi tanınır. Bu gün Ermənistan əhalisinin 99%-ni ermənilər təşkil edir. Burada yaşayan digər xalqların və dinlərin nümayəndələri daim təzyiq altında saxlanılır. Ermənistanda azərbaycanlılara məxsus bütün abidələr, məscidlər, ziyarətgahlar, məzarlıqlar tamamilə dağıdılıb. Bu erməni vəhşiliyinin bariz nümunəsidir. Təəssüflər olsun ki, bu günə kimi heç kim Ermənistanı bu cinayət əməllərinə görə qınamayıb.

Dünya birliyi ikili standartlara son qoymağı Ermənistanın bu cinayət əməllərindən çəkindirməlidir. Ermənistanın bu cinayətləri törətməsinin əsas səbəbi bu günə kimi cəzasız qalmasıdır. Əgər zamanında Ermənistana sanksiyalar tətbiq edilsəydi, Ermənistan bu qədər cinayət törətməzdi və uzun illər Azərbaycan torpaqları işğal altında qalmazdı".


Etiketlər:  Dağlıq Qarabağda yaşayan ermənilər əmin bilərlər onların təhlükəsizliyi təmin olunacaq Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ