Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda klan mübarizəsi kəskinləşir - Müdafiə naziri ilə general əlbəyaxa oldu

Ermənistanda klan mübarizəsi kəskinləşir - Müdafiə naziri ilə general əlbəyaxa oldu

Tarix: 5 Noyabr 2020 13:39

Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsində vəziyyəti ağırlaşdıqca ölkədə siyasi çəkişmələr kəskinləşir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hazırkı hökumətlə "Qarabağ klanı" arasında münasibətlər daha da pisləşib.

Qeyd olunur ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general nazirdən istefa verməyi tələb edib. Həmçinin, o, D.Tonoyandan Nikol Paşinyana müraciət edərək onun özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib.

Bəzi məlumatlara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. D.Tonoyan generalı həbs etdirməklə hədələyib.

Qeyd olunur ki, həmin gün V.Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında "Qarabağın xilası" məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir.


Etiketlər:  Ermənistanda klan mübarizəsi kəskinləşir Müdafiə naziri ilə general əlbəyaxa oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ