Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 21:42
Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sbunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları göstərir.
Nəticələr 22 yanvar-3 oktyabr arasında toplanan statistik məlumatlara əsaslanır.
The Washigton Post qəzetinin yazdığına görə, COVID-19 xəstəsi olan 19 mindən çox hamilə qadından 33-ü ölüb, bu kateqoriyada ölüm dərəcəsi 0,2% təşkil edib. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə azdır.
Mərkəzdə belə düşünürlər ki, yüksək ölüm riski hamiləlik dövründə baş verən fiziki dəyişikliklərlə - ürək döyüntülərinin artması, oksigen istehlakı, ağciyərlərin tutumunun azalması, orqanizmin immunitet sistemində gedən dəyişikliklər və s. ilə bağlıdır.