Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 21:56
Məşhur Youtube videoservisi ən çox baxılan videoların yenilənmiş reytinqini təqdim edib. İndiyənə kimi Youtube-da ən çox baxılmış video Despacito mahnısının klipi idi. Lakin koronavirus pandemiyası ən çox baxılan videoların reytinqinə dəyişikliklər edib. Nəticədə Despacito mahnısının klipi reytinqdə ikinci pilləyə düşüb. Bu barədə The Verge saytı xəbər verib.
Beləliklə Youtube-un rəsmi statistikasına əsasən hal hazırda ən çox baxılan videolar reytinqinin birinci yerini PinkFong studiyasının Baby Shark mahnısının klipi tutur. Bu videonun baxış sayı 7.043 milyarddır. İkinci yerdə Despacito mahnısı tutur. Reytinqin növbəti pillələri belədir: Ed Sheeran-ın "Shape of You" mahnısı (5.05 milyard baxış), Wiz Khalifa-nın "See You Again" mahnısı (4.8 milyard baxış), Mark Ronson-un "Uptown Funk" mahnısı (3.99 milyard baxış), PSY-ın "Gangnam Style" mahnısı (3.3 milyard baxış).