Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellekt zəlzələni öncədən müəyyənləşdirə bilərmi?

Süni intellekt zəlzələni öncədən müəyyənləşdirə bilərmi?

Tarix: 5 Noyabr 2020 23:40

İzmir zəlzələsində xeyli insanın həyatını itirməsi, xəsarət alması süni intellektin seysmoloji proseslərə təsirini gündəmə gətirdi.

Maraqlıdır, süni intellekt zəlzələni öncədən müəyyənləşdirə bilərmi?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, əksər zəlzələlər kiçik miqyaslı olduğu üçün insan tərəfindən hiss edilmir. İl ərzində baş verən zəlzələlərdən təxminən yüzü dağıntılar törədəcək qədər güclü olur.

Çin hökuməti bu il  bəzi şəhərlərində seysmik aktivliyi ölçmək üçün süni intellektdən yararlanan yeni zəlzələ izləmə sistemini testdən keçirməyə başlayıb. Science and Technology Daily-də yayımlanan məlumata görə, külli miqdarda seysmik data ilə işləyən bu avtomatik sistem zəlzələni təxmini 2 saniyə ərzində hesablaya bilir. 446 zəlzələni daha yüksək doğruluq faizi ilə təxmin edən sistemin zəlzələni aylar, günlər öncədən xəbər verməsi isə hələlik mümkün deyil.

Bu istiqamətdə ABŞ-da da araşdırmalar aparılır və müxtəlif alqoritmlər sınanır. Amma bu araşdırmaların da məqsədi zəlzələni bir dəqiqə öncə xəbər vermək, insanları ərazidən uzaqlaşdırmaqla dağıntılar altında qalanların sayını azaltmaqdır. Hazırda nə təbii, nə də süni intellekt zəlzələni uzun müddət öncə təxmin etmək iqtidarında deyil.

Mütəxəssis Paul Johnson isə böyük data sayəsində zəlzələni öncədən təxmin etməyin mümkünlüyünü dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, bu, zəlzələ sahəsi, lokasiya və zaman barədə datalarla mümkündür. Johnson bir neçə ölkəyə bu sistem üzərindən araşdırmalara başlamağı təklif etsə də, təklifi hələlik yalnız Fransa qəbul edib. Bütün nöqtələrdəki zəlzələ dataları vahid mərkəzə yönləndirilsə, araşdırma uğurla nəticələnə bilər və fəlakət bir neçə gün öncədən təxmin edilər.

Türkiyədə həyata keçirilən araşdırma isə zəlzələni 30 gün öncə təxmin etməyə hesablansa da, hələlik geniş tətbiq edilmir. İddiaya görə, araşdırma nəticəsində il ərzində yüzə yaxın zəlzələ zonası aşkarlanıb.

Qeyd edək ki, süni intellektə əsaslanan əksər seysmoloji araşdırmalar ən azı 5 baldan yuxarı zəlzələləri müəyyənləşdirmək üçün aparılır.


Etiketlər:  Süni intellekt zəlzələni öncədən müəyyənləşdirə bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ