Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 11:21
Erməni politoloq, "Demokratiya Uğrunda Tərəfdaşlıq" mərkəzinin sədri, "Ermənistanın Dinləri" saytının redaktoru Stepan Danielyan öz "Facebook" səhifəsində terrora çağırış məzmunlu yazı dərc edib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Danielyan sosial şəbəkə hesabında yazıb:
"Dünyada sona qədər getməyə hazır olan xalqların ultimatumu qəbul edilir və ona hörmət olunur. İsrail bunu etdi və o, nəzərə alındı. Sərsəng su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır. Ən son halda Qarabağda atom elektrostansiyasının tullantılarını yaymaq lazımdır. Əgər orada ermənilər yaşamayacaqsa, heç kim yaşamamalıdır".