Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 07:22
İspaniya millisinin və "Barselona"nın futbolçusu Serxio Buskets zədələnib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçın 72-ci dəqiqəsində dizindən xəsarət alıb. O, oyuna davam edə bilməyib və əvəzlənib.
Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.