Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AÇG yataqlar blokunda neft hasilatı azalıb

AÇG yataqlar blokunda neft hasilatı azalıb

Tarix: 16 Noyabr 2020 12:52

2020-ci ilin üçüncü rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi hasilat həcmi orta hesabla 482 min barel təşkil edib.

Sonxeber.net bildirir ki, Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2019-cu ilin üçüncü rübündə hasilat orta hesabla 541 min barel olub:

"Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat - Çıraq (36 000), Mərkəzi Azəri (115 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (97 000) və Qərbi Çıraq (52 000) platformalarından birlikdə - gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17,9 milyon ton olub".


Etiketlər:  AÇG yataqlar blokunda neft hasilatı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ