Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 14:16
Bakı. Trend:
Ermənistan Yüksək Texnologiya Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan qərar imzalayıb.
A.Davtyan komitə sədri vəzifəsinə iyulun 17-də təyin olunmuşdu. Bundan əvvəl o, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini daşıyırdı.
Qeyd edək ki, A.Davtyan baş qərargah rəisi vəzifəsindən də qalmaqalla ayrılmışdı. O, iyunun 7-də sərt karantin müddətində oğluna toy etdiyi üçün istefa vermişdi.