Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamı bilməlidir ki, Şuşa kimdədirsə, Qarabağ da onundur''

''Hamı bilməlidir ki, Şuşa kimdədirsə, Qarabağ da onundur''

Tarix: 16 Noyabr 2020 17:27

"Əslində Ermənistan rəhbərliyi hakimiyyətə gələn gündən nə danışdığını özü də başa düşmür".

Bunu Sonxeber.net açıqlamasında professor, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, Paşinyanın son açıqlamaları reallıqdan tamam uzaq bir şeydir:

"Küçədən hakimiyyətə gəlmiş, idarəçilik təcrübəsi olmayan, ümumiyyətlə heç tarixdən, beynəlxalq hüquqdan xəbəri olmayan, cənab Prezident demişkən indiyə qədər 5, 8 adama rəhbərlik etməmiş bir adamın hakimiyyətə gəlməsi və ölkəyə rəhbərlik etməsi özü absurd idi. Hakimiyyətə gəldiyi gündən hansı mesajı verdi?! Dedi ki, "Mən qarabağlı deyiləm. Dağlıq Qarabağın adından danışmağa ixtiyarım yoxdur. Əvvəlki hakimiyyətlə (Sarkisyan, Koçaryan) danışıq aparmaq olar. Onlar qarabağlıdırlar, onların Qarabağla bağlı danışmağa haqqı var" ritorikası ilə danışaraq başlanğıcını qoydu. Ayın 8-də bunu dedi, 9-da getdi Şuşaya. Ora gah cinayətkar rejimin inauqrasiyasına getdi, gah getdi Ağdamda hərbi təlimlər keçirdi, gah dedi ki, "Qarabağ Ermənistandır", gah Şuşaya cinayətkar rejimin "parlamentini" köçürmək istəyirdi. 

Ona görə də cənab Prezident həmişə vurğulayır ki, hakimiyyət dəyişə bilər. Amma onların terrorçu, faşist mahiyyəti dəyişməz olaraq qalır. Bu gün də həmin mahiyyəti Paşinyan göstərir. Yəni, o, çabalayır. Gah elə deyir, gah belə deyir. Onun hələ iki sözü bir-birilə üst-üstə düşməyib. Onun bu gün brifinqdə "Qarabağın müdafiə ordusu var, bu ordu olduğu kimi qalacaq və Qarabağın suverenliyinin qarantı olacaq" deməsi cəfəngiyyatdır. Onların 30 ildə yaratdığını 44 günün içində darmadağın etdik. Azərbaycan xalqı, Azərbaycan Ordusunun, Dövlət başçısının ətrfaında səfərbər oldu və biz bu zəfərə imza atdıq. Biz Ağdamı, Laçını azad etməmiş Şuşa kimi starteji əhəmiyyətli, dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə yerləşən qədim Azərbaycan tarixi mədəniyyət mərkəzi olan şəhəri Azərbaycan əsgərləri qayalara dırmaşaraq əlbəyaxa döyüşlərlə aldılar. Bunu düşmən tərəfi özü də etiraf edir. Heç Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə 85 minlik qoşunla Şuşaya hücum etmişdi, o ərazini ala bilməmşdi. Şuşa 33 gün mühasirədə qalmışdı, təslim olmamışdı. Amma Azərbaycan oğulları döyüşlərin axırıncı 10 günü, bir həftənin ərzində Şuşa kimi starteji əhəmiyyətli, Azərbaycanın, Qarabağın baş tacı olan o şəhəri azad etdi. Və Hamı da bilməlidir ki, Şuşa kimdədirsə, Qarabağ da onundur. Ona görə də biz bu müharibənin qalib tərəfiyik və qələbə çalmışıq. Artıq hərbi qələbəmizi diplomatik müstəviyə keçirmişik. Diplomatik müstəvidə də qələbəmiz yaxın vaxtlarda olacaq.  

Paşinyanın bu gün brifinqdəki növbəti sərsəm bəyanatları noyabrın 10-da imzalanan üçtərəfli sənədlərə tamamilə daban-dabana ziddir. O bəyanatda da qeyd edilir ki, erməni ordusu oradan çıxarılır. Onun bu açıqlaması o müqaviləyə də ziddir, reallıqdan da tamam uzaq bir şeydir. Onların 30 il ərzində yaratdığı "möhtəşəm ordunun" 44 gün ərzində mif olduğunu sübut etdik".

Təhməz Əsədov


Etiketlər:  Hamı bilməlidir Şuşa kimdədirsə Qarabağ onundur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ