Tarix: 6 Iyul 2019 22:24
"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Rəhman Hacıyevlə sözləşməni daha 1 il müddətinə artırıb. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
"Neftçi" buna qədər Səlahət Ağayev, Mirabdulla Abbasov və Namik Ələsgərovun müqaviləsinin müddətini uzadıb.
Qeyd edək ki, 2014/2015 mövsümündən "Neftçi"də çıxış edən Rəhman bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.