Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla oyunöncəsi UEFA-dan cərimə

Azərbaycanla oyunöncəsi UEFA-dan cərimə

Tarix: 17 Noyabr 2020 15:00

Millətlər Liqasının son turunda Azərbaycanla keçiriləcək oyunöncəsi Lüksemburq Futbol Federasiyası (FLF) UEFA tərəfindən cərimələnib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb əsas yığmanın koronavirus pandemiyası ilə əlaqəli sağlamlıq protokollarını pozmasıdır.

Komandanın Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kiprlə ev oyunu zamanı (2:0) tribunalara məhdud sayda azarkeş buraxılıb. Lakin maska taxmaq və oturacaqlarda məsafə saxlamaq qaydalarına lazımınca əməl edilməməsi UEFA-nın diqqətindən yayınmayıb. Nəticədə qitə futbol qurumu yerli federasiyanı 5000 min avro məbləğində cərimələyib.

Həmçinin Azərbaycanla bugünkü qarşılaşmada da UEFA nümayəndəsinə bu məsələyə ciddi nəzarət etmək tapşırılıb.

Qeyd edək ki, "Jozi Bartel" stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Etiketlər:  Azərbaycanla oyunöncəsi UEFA cərimə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ