Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sivasspor''da heyətlə bağlı cidi problem

''Sivasspor''da heyətlə bağlı cidi problem

Tarix: 17 Noyabr 2020 18:40

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor" 4-cü turda Ağdam təmsilçisi ilə matçdan əvvəl heyətlə bağlı ciddi problemlərlə üzləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Sivas təmsilçisinin 3 futbolçusunda COVİD-19 aşkarlanmasının ardından komandanın 2-ci kapitanı Hakan Arslan da zədələnib. Bu barədə baş məşqçi Rza Çalımbay danışıb. 57 yaşlı mütəxəssis 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini deyib.

Hakan Arslan 3-cü turda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda komandanı meydana kapitan kimi çıxarmışdı.

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Etiketlər:  Sivassporda heyətlə bağlı cidi problem


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ