Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası fərdi kompüterlər üçün yeni təhlükəsizlik çipi təqdim edib

“Microsoft” korporasiyası fərdi kompüterlər üçün yeni təhlükəsizlik çipi təqdim edib

Tarix: 18 Noyabr 2020 12:00

“Microsoft” şirkəti “Pluton” adlı öz aparat təhlükəsizlik sistemini hazırlayıb. Başqa şirkətlərin analoji həlləri kimi yenilik kompüterin kənar təhlükələrdən müdafiəsi üçün nəzərdə tutulub, amma mühüm konstruktiv fərqə malikdir. Oxşar çiplər ayrıca mikrosxem şəklində olduqları halda yenilik birbaşa qurğunun prosessoruna inteqrasiya ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft Pluton” çipi həm hakerin qurğuya birbaşa müdaxiləsi, həm də “Meltdown” və “Spectre” kimi boşluqlardan istifadəyə əsaslanan hücumlar vaxtı fərdi kompüteri qorumaq üçün nəzərdə tutulub. İstehsalçıların sözlərinə görə, təhlükəsizlik prosessoru sistemin digər hissələrindən təcrid edilib və spekulyativ icra metoduna əsaslanan hücumlara qarşı dayanıqlıdır.

 

“Pluton” təhlükəsizlik çipi indi “Microsoft”un bu istiqamətdə fəal əməkdaşlıq etdiyi “AMD”, “Intel” və “Qualcomm” şirkətlərinin gələcək prosessorlarında tətbiq ediləcək.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası fərdi kompüterlər üçün yeni təhlükəsizlik çipi təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ