Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda havanın temperaturu normadan 1.5 dərəcə aşağı olub

Bakıda havanın temperaturu normadan 1.5 dərəcə aşağı olub

Tarix: 18 Noyabr 2020 14:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatına əsasən noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub. Qrız, Sarıbaş, Xınalıqda Qar örtüyünün hündürlüyü 1 sm olub.

Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.


Etiketlər:  Bakıda havanın temperaturu normadan 15 dərəcə aşağı olub


RƏYLƏR