Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 14:48
Sumqayıt Dövlət Dram Teatrı Fəxri Diploma layiq görüldü.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2019-cu ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticəsinə görə Sumqayıt Dövlət Dram Teatrının AHİK-in sədri Səttar Mehbalıyevin imzası ilə Fəxri Diplomla təltif olunması kollektiv tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Həmçinin Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova tərəfindən müəssisəmizə yüksək diqqətin nümunəsi kimi Sumqayıt Dövlət Dram Teatrına computer dəsti hədiyyə edilib. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və MİHK sədrinə teatr rəhbərliyi və kollektivi adından minnətdarlığımızı bildiririk.
Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 virusu yayıldığı gündən ölkədə tətbiq edilən bütün məhdudiyyətlərə, Nazirlər Kabineti yanında təşkil olunan Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına ciddi şəkildə əməl edibdir. Sosial məsuliyyət hissinin artırılmasında, bu proseslərdə gərgin psixoloji məqamlar yaşayan insanlara, ahıllara da hər cür yardımın göstərilməsi davam etməkdədir.
Xüsusi spot və çarxlar vasitəsilə teatr öz maarifçilik missiyasını layiqincə yerinə yetirir. Onlayn məşqlər və repertuar planının təqdimi təhlükəsizliyin qorunmasında önəmli rol oynayır. Zəruri halda işə çıxan müəyyən qisim işçi heyətinin social məsafəni gözləməsi, tibbi maska və digər ləvazimatlardan istifadəsi bir mənalı şəkildə təmin olunmaqdadır.
Bir daha teatrımıza göstərilən v diqqətə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Mədəniyyət işçiləri Həmkarlar İttifaqının rəhbərliyinə və işçi heyətinə dərin minnətdarlığımızı bildiririk.