Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 15:54
Beynəlxalq Qırımızı Xaç Komitəsi (BQXK) Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
Sonxeber.net xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib: "Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib".