Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirus vaksini gələn ilin aprelində hazır ola bilər - Nazir

Türkiyədə koronavirus vaksini gələn ilin aprelində hazır ola bilər - Nazir

Tarix: 19 Noyabr 2020 10:24

Bakı. Trend:

Türkiyədə hazırda koronavirusa qarşı 16 müxtəlif vaksinin hazırlanması üzərində işlər davam edir.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Koca deyib.

O bildirib ki, hələlik vaksinlərdən birinin ilkin mərhələdə sınaqları aparılır.

Nazirin sözlərinə görə, 44 könüllünün iştirak etdiyi sınaqların bu həftə başa çatması planlaşdırılır.

F.Koca Türkiyə istehsalı olan vaksinin gələn ilin aprel ayında hazır ola biləcəyini deyib.

Bundan başqa, Türkiyədə “Pfizer” və “Sinovac” vaksinlərinin sınaqlarının davam etdiyi qeyd olunub.


Etiketlər:  Türkiyədə koronavirus vaksini gələn ilin aprelində hazır bilər Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ