Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 23:24
"Gartner" analitik şirkətinin proqnozuna görə, 2021-ci ilin nəticəsinə görə, EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda informasiya texnologiyalarına xərclər ötən illə müqayisədə 2,8% yüksələrək 1,075 trilyon dollar təşkil edəcək. Cari ildə regional İT bazarında 6,5% azalma gözlənilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Brexit effekti və COVID-19 koronavirusunun səhiyyə sisteminə təsiri 2020-ci ildə EMEA regionunda İT xərclərinin azalmasına gətirib çıxaracaq" - "IT Symposium/XPO EMEA" virtual konfransında Con Devid Lavlok deyib. Pandemiyadan əvvəl əksər şirkətlər öz rəqəmsal strategiyalarını sabit şəkildə təbliğ edirdilər.
"Gartner"in proqnozuna əsasən, 2021-ci ildə korporativ proqram təminatı və məlumat mərkəzləri üçün sistemlər seqmentlərində xərclər üzrə ən yüksək artım tempi qeydə alınacaq. 2021-ci ildə istehlakçılar və təşkilatlar tərəfindən İT avadanlıq alışı 1,7% artacaq.
"Distant iş strateji kadr siyasətinə çevrilib. Bunun üçün mobil fərdi kompüterlər lazımdır və EMEA regionunda şirkətlər bəzi xərclərini belə kompüterlərə yönəldir" - "Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Rancit Atval deyib.
Analitiklərin gözləntisinə görə, gələn il Böyük Britaniyada distant işləyən əməkdaşlar işçi qüvvəsinin 48%-ni təşkil edəcək. Bu, ABŞ-dan sonra dünyada ən yüksək göstəricidir.