Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fransanın qeyri-obyektiv mövqeyi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib'' - Spiker

''Fransanın qeyri-obyektiv mövqeyi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib'' - Spiker

Tarix: 20 Noyabr 2020 11:24

Bu gün Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova deyib ki, Ağdam noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən geri qaytarılır.

S.Qafarova bildirib ki, bir çox ölkələr bu bəyanatı alqışlasalar da bu bəyanatdan narahat olanlar da var və bu bəyanatın həyata keçirilməsinə maneçilik törətmək istəyirlər. Spiker bildirib ki, Fransa rəhbərliyi münaqişənin ilk günündən qeyri-obyektiv mövqe tutub və ordumuzn öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyib. S.Qafarova vurğulayıb ki, hətta bəzi fransız deputatları müharibənin aktiv dövründə qanunsuz olaraq Qarabağa səfər edib və separatçılara dəstək göstərib. O qeyd edib ki, bu addımlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatı ilə ziddiyət təşkil edir.


Etiketlər:  Fransanın qeyri obyektiv mövqeyi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib Spiker


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ