Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 00:40
"Qarabağ" ötən gün Avstriyada son məşqinə çıxıb.
Qol.az klubun saytına istinadənn xəbər verir ki, son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, komanda bu gün "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.