Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 12:34
Bakı. Ceyhun Ələkbərov - Trend:
“Azəriqaz" İstehsalat Birliyi Xaçmaz sakinlərini narahat edən problemi aradan qaldıraraq, şəhidlərin xatirəsinə tikilmiş bulaq ətrafında abadlıq işləri aparıb.
Bu barədə Trend-ə qurumdan bildiriblər. Qeyd olunub ki, Xaçmaz rayon Köhnə Xudat kəndi ərazisində şəhidlərin xatirəsinə tikilmiş bulağın qarşısından keçən köhnə qaz xəttinin götürülməsi üçün vətəndaşlar "Azəriqaz" İstehsalat Birliyinə müraciət ediblər:
“Qurum tərəfindən dərhal müraciətə reaksiya verilib. Ərazidə olan köhnə qaz xətti yenisi ilə əvəz edilib, bulağın girişində abadlıq işləri görülüb.