Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşğaldan azad edilən rayonlara ilk mərhələdə ziyarət tipli turizmin təşkili nəzərdə tutulur - Agentlik

İşğaldan azad edilən rayonlara ilk mərhələdə ziyarət tipli turizmin təşkili nəzərdə tutulur - Agentlik

Tarix: 23 Noyabr 2020 16:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, bu amillər ilk növbədə təhlükəsizlik, əhalinin oraya qayıdışı və yaşayışının təmin olunmasıdır:

“Yaşayış olmayan yerdə, əslində, turizm də olmur. Üçüncü amil isə infrastrukturun yaradılmasıdır. Bu 3 amil olduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılacaq və o, yerli, xarici turistlərə təqdim ediləcək”.

Agentlik rəsmisi əlavə edib ki, həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq.

Onun sözlərinə görə, bu bölgələrə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.


Etiketlər:  İşğaldan azad edilən rayonlara ilk mərhələdə ziyarət tipli turizmin təşkili nəzərdə tutulur Agentlik


RƏYLƏR