Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda COVID-19-la bağlı genişmiqyaslı reydlər davam edir - FOTO

Abşeronda COVID-19-la bağlı genişmiqyaslı reydlər davam edir - FOTO

Tarix: 23 Noyabr 2020 21:26

Abşeron rayonunda icra hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə Xırdalan şəhəri də daxil olmaqla kənd və qəsəbələrdə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.

Rayonun Masazır və Novxanı kəndlərində COVID-19 -la bağlı keçirilən növbəti reydlər zamanı satıcıların, istehlakçıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Aparılan monitorinqlər zamanı fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb və mövcud qayda və tələblərlə əlaqədar sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bunan sonra da davam etdiriləcək.


Etiketlər:  Abşeronda COVID bağlı genişmiqyaslı reydlər davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ