Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 23:12
Bakı. Trend:
Onlayn şahmat üzrə “Skilling Open” turniri çərçivəsində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Trend-in məlumatına görə, ağ fiqurlarla oynayan Teymur Rəcəbov prinsipial görüşdə qələbə qazanıb.
Bununla da Azərbaycan qrossmeysteri 7 turdan sonra xal hesabını 3,5-ə çatdırıb.