Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat

Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat

Tarix: 25 Noyabr 2020 11:36

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bütün şagirdlərin distant təhsilin imkanlarından istifadə edə bilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.

Deputat bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar yoluxmaların sayında artım müşahidə edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 29 oktyabr 2020-ci il tarixli № 430 saylı Qərarı ilə ilə Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin yenidən distant (məsafədən) həyata keçirilməsinə başlanılıb:

“Lakin, müəyyən səbəblərdən o cümlədən texniki səbəblərdən internetə çıxışı olmayan ailələrin övladlarının icbari ümumi orta təhsil almasında müəyyən çətinliklər yaranır. Həmçinin internet xidmətdən istifadənin ödənişli olması əsasən aztəminatlı ailələrin övladlarının icbari ümumi orta təhsil almasında müəyyən problemlərə səbəb olur.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququnun olduğu, dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etdiyi, təhsil sisteminə dövlət tərəfindən nəzarət edildiyi və maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlətin zəmanət verdiyi qeyd olunmuşdur. Bu baxımdan bütün şagirdlərin internetə çıxışnın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Hazırda mobil telefon istifadəçilərinin sayının və mobil operatorların əhatə dairəsinin ölkə üzrə kifayət qədər olduğu da nəzərə alınaraq hesab edirəm ki, mobil operatorlar və digər internet provaydrları vasitəsilə ilkin mərhələdə şagirdlərimizin https://virtual.edu.az/ saytına ödənişsiz və maneəsiz daxil ola bilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təxirəsalınmaz tədbirlər görülməlidir”.


Etiketlər:  Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ