Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çavuşoğludan "Qardaş Ermənistan" ifadəsini səsləndirən deputata SƏRT CAVAB

Çavuşoğludan

Tarix: 25 Noyabr 2020 14:06

Türkiyə Xalqların Demokratik Partiyası üzvü, TBMM-in Diyarbəkir millət vəkili Qaro Paylanın "Mənim bir xəyalım var: Türkiyənin "Qardaş Azərbaycan" dediyi kimi "Qardaş Ermənistan" da deyə bilməsidir" ifadələri Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib.

Milli.Az bildirir ki, Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin 2021-ci il üzrə Plan və Büdcə Komissiyasında millət vəkilinə sərt reaksiya verib.

"Bu günə qədər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin" dedinizmi? Heç vaxt "Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxmalıdır" demədiniz", - Çavuşoğlu deputata cavabında bildirib.

Çavuşoğlu Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatının imzalandığını xatırladaraq bu çərçivədə Türkiyənin yerində monitorinq, analiz, sənədləşdirmə və lazımi addımları atma, tədbirlər görmə mövzusunda Rusiya ilə əlavə razılaşma imzaladığını qeyd edib: "Ermənistan torpaqlardan çıxsa və normallaşma dövrü başlasa, Azərbaycan ilə birlikdə qərar verəcəyik. Birikdə addım atacağıq. Bunu heç kim yadırğamasın. Normallaşma olsa, ən çox Ermənistan və xalqı bundan faydalanacaq. Başqasının torpaqları üzərində səltənət daimi olmaz". (publika.az)

Milli.Az


Etiketlər:  Çavuşoğludan Qardaş Ermənistan ifadəsini səsləndirən deputata SƏRT CAVAB


RƏYLƏR