Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradonanın 11 uşağı miras davasına başladı

Maradonanın 11 uşağı miras davasına başladı

Tarix: 26 Noyabr 2020 10:26

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən dərhal sonra övladları arasında miras davası başlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 60 yaşında ürəktutmasından vəfat edən Maradonanın 5 rəsmi, 6 qeyri-rəsmi uşağı var.

Dieqonun vəkili Matias Morla hələ bir müddət əvvəl açıqlamasında bildirib ki, test nəticəsində onun neçə varisinin olduğu müəyyənləşəcək. Lakin indidən 11 nəfərin miras üçün müraciət etdiyi açıqlayıb.

Qeyd edək ki, son olaraq ötən il Kubada 3 uşaq və Argentinada televiziya proqramına qatılan Santyaqo Lara atasının Maradona olduğunu iddia edib.

Milli.Az


Etiketlər:  Maradonanın uşağı miras davasına başladı


RƏYLƏR