Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 10:40
Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərar verilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Beləliklə, 4-cü qrupda sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası A Liqasını tərk edib.
Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxmasına görə baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.