Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 10:46
İkinci Qarabağ müharibəsinin qəhrəman qazisi Asif Məmmədli üzərində olan mobil telefonun sayəsində sağ qalıb. Laçın uğrunda gedən döyüşlərdə bu kiçik əşya döyüşçüyə sipər olub.
"Telefon ürəyimin üstündə idi. Güllə ona dəydi, telefon güllənin zərbəsini zəiflətdi. Keçib telefonun içərisində qaldı", - qazimiz həmin anları belə xatırlayır.
Telefonu A. Məmmədlini düşmənin 7.62 mm-lik patronundan bir dəfə qorusa da, növbəti dəfə qoruya bilməyib:
"Döyüşçü yoldaşım yaralanmışdı, onu götürüb çıxarmaq istəyəndə düşmən məni sağ qolumdan nişan aldı, yaralandım. Çox şükür ki, yaralı yoldaşımızı tibb məntəqəsinə çatdıra bildik".
Sonxeber.net AzTV-nin qazimizin Qax rayonunun Güllü kəndindəki evindən hazırladığı reportajı təqdim edir: