Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qida istehsalında transyağların həcminə daha ciddi nəzarət olunacaq

Azərbaycanda qida istehsalında transyağların həcminə daha ciddi nəzarət olunacaq

Tarix: 8 Iyul 2019 18:42

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida istehsalında transyağların istifadəsinə nəzarət məqsədilə normativ-hüquqi akt hazırlayır.

Bunu Trend-in sualını cavablandırarkən Agentliyin rəhbəri Qoşqar Təhməzli deyib.

O bildirib ki, hazırda normadan artıq səviyyədə transyağların istifadəsi ilə məhsul istehsalı aşkar edilib:

“İstehsalatda transyağların istifadəsinə yalnız müyyən olunmuş normalar çərçivəsində icazə verilir. İstənilən növ məhsulun hazırlanmasında transyağların norması 2 faiz həddini keçməməlidir. Bu, həm ixrac, həm də ölkə daxilində satılan məhsullar üçün nəzərdə tutulur”.

Q.Təhməzli əlavə edib ki, son dövrlərdə keçirilmiş reydlər nəticəsində Azərbaycanın cənub regionlarında transyağların istifadə həddini keçən 6 biznes obyekti aşkar edilib:

“Monitorinq göstərib ki, transyağların həddi “Nehrə yağı” markası ilə satılan məhsullarda normadan çox olub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda qida istehsalında transyağların həcminə daha ciddi nəzarət olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ