Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 10:46
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.
Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.